G7 ölkələri İranın nüvə proqramından və regional rolundan narahatdır
“Biz İranın sabitliyi pozan fəaliyyətlərinin, o cümlədən dövlət və qeyri-dövlət subyektlərinə raketlər, pilotsuz təyyarələr və əlaqəli texnologiyaların göndərilməsinin davam etməsindən dərin narahatlığımızı bildiririk” - bəyanatda vurğulanır.
Həmçinin, Ağ Evin yaydığı bəyanatda bildirilir ki, G7 ölkələrinin liderləri nüvə silahı olmayan dövlətləri Rusiya, İran, Çin və Şimali Koreyanı nüvə gərginliyini artırması və kütləvi qırğın silahlarının yayılması siyasətinin qarşısının alınmasına dəstək verməyə çağırıblar.
AzVision.az