Rusiyada nazir müavini təyyarədə keçindi

   Rusiyada nazir müavini təyyarədə keçindi
  21 May 2023    Oxunub:1372
Rusiyanın elm və ali təhsil nazirinin müavini, məşhur rusiyalı müğənni Diana Qurtskayanın əri Petr Kuçerenko 47 yaşında vəfat edib.
Rusiya Təhsil və Elm Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, dövlət katibi Kubaya işgüzar səfərdən qayıdırmış.

“Peter Kuçerenko Rusiya nümayəndə heyətinin Kubaya ezamiyyətindən qayıdarkən təyyarədə halı pisləşib. Təyyarə Mineralnıe Vodı şəhərinə eniş edib. Həkimlər orada kömək göstərməyə çalışsalar da, Pyotr Aleksandroviçi xilas edə bilməyiblər”, - məlumatda deyilir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: PetrKuçerenko  





Xəbər lenti