Ukrayna ordusu Baxmutu mühasirəyə alıb - Ukrayna MN

   Ukrayna ordusu Baxmutu mühasirəyə alıb -    Ukrayna MN
  21 May 2023    Oxunub:1780
"Ukrayna əsgərləri Donetsk vilayətinin Baxmut şəhərini yarımmühasirəyə alıblar. Bu da onlara rus işğalçılarını məhv etmək imkanı verir. Düşmən şəhərin nəzarət etdiyi hissəsində müdafiə olunmağa məcbur olur".
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar öz Telegram kanalında yazıb.

"Düşmən Baxmutu mühasirəyə ala bilmədi və onlar şəhərin ətrafındakı dominant yüksəkliklərin bir hissəsini itirdilər".
Ukrayna Prezident Ofisi Baxmutun işğalını təkzib etdi - YENİLƏNİB


Onun sözlərinə görə, ukraynalı əsgərlərin şəhərətrafı ərazilərdə hələ də davam edən cinahlarda irəliləməsi rusların Baxmutda qalmasını çox çətinləşdirir. Malyar əlavə edib ki, şəhərdə Ukrayna müdafiəçiləri "Samolet" ərazisində sənaye və infrastruktur obyektlərinə və özəl sektora nəzarət edirlər.

"Qoşunlarımız şəhəri yarımmühasirəyə alıblar ki, bu da bizə düşməni məhv etmək imkanı verir. Ona görə də düşmən şəhərin onun nəzarət etdiyi hissəsində özünü müdafiə etməyə məcbur olub", - Malyar vurğulayıb.

Bayden Ukraynaya əlavə hərbi yardım elan etdi: Kiyev nə alacaq?

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Baxmut  





Xəbər lenti