Corcia Meloni daşqınların baş verdiyi regionda
Qarşıdakı günlərdə bölgədə əlverişsiz hava şəraitinin davam edəcəyi və qırmızı “Həyəcan” siqnalının elan olunması gözlənilir. Kənd təsərrüfatı, fermalar, yarasız hala düşən avtomobil yolları və turizm sektoru daxil olmaqla dəymiş ziyan 5 milyard avro qiymətləndirilir. Ümumilikdə 400 min ton taxılın məhv olduğu, qarşıdakı 4-5 il ərzində meyvə-tərəvəz məhsullarının istehsalının çətin göründüyü bildirilib.
Qeyd edək ki, şiddətli leysan yağışlarından sonra baş verən sel və daşqınlar nəticəsində 14 nəfər həlak olub. C.Meloni Yaponiyanın Xirosima şəhərində keçirilən “Böyük Yeddilər” (G7) sammitini yarımçıq tərk edərək ölkəsinə qayıdıb.
AzVision.az
Teqlər: