Qərb yaxın vaxtlarda Ukraynaya “F-16”lar verməyi planlaşdırır

   Qərb yaxın vaxtlarda Ukraynaya “F-16”lar verməyi planlaşdırır
  22 May 2023    Oxunub:1375
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borel Aİ xarici işlər nazirlərinin görüşündən əvvəl bildirib ki, ittifaq yaxın vaxtlarda Ukraynanı “F-16” qırıcıları ilə təmin edə biləcək.
Bu barədə “TASS” məlumat yayıb. Onun sözlərinə görə, Avropa İttifaqı “G7” dövlətlərinin Ukrayna qoşunlarına “F-16” qırıcıları tədarükü ilə bağlı qərarını alqışlayır:

“Bu, çox yaxşı fikirdir. Pilotların hazırlığı artıq başlayıb və mən həqiqətən ümid edirəm ki, biz bu silah növünü tezliklə Ukraynaya çatdıra biləcəyik”.

AzVision.az


Teqlər:





Xəbər lenti