Rusiyadan “F-16”ların Ukraynaya tədarükünə münasibət

Rusiyadan “F-16”ların Ukraynaya tədarükünə münasibət
  22 May 2023    Oxunub:1095
“Moskva bilirdi ki, Kiyev NATO-nun bütün silahları ilə təchiz ediləcək”.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. Ryabkov əlavə edib ki, Rusiya rəhbərliyi Ukrayna hərbçilərinin təlimi ilə bağlı eyni fikirdədir. “Bu səylər tamamilə faydasız və mənasızdır: bizim imkanlarımız elədir ki, ordumuz tərəfindən bütün məqsədlərə mütləq nail olunacaq və Rusiyanın təhlükəsizliyinin pozulması Qərbin gözlədiyi nəticələrə gətirib çıxarmayacaq”.

Diplomat onu da əlavə edib ki, Ukrayna qoşunlarının müasir silahlarla tədarükü ilə bağlı müzakirənin imitasiyası Moskvada təəccüb doğurmayıb.

Qeyd edək ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borel bildirib ki, ittifaq yaxın vaxtlarda Ukraynanı “F-16” qırıcıları ilə təmin edə biləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti