Budapeşt Ukraynaya maliyyə yardımının əleyhinədir

   Budapeşt Ukraynaya maliyyə yardımının əleyhinədir
  22 May 2023    Oxunub:1055
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib ki, Budapeşt Ukraynaya maliyyə yardımının əleyhinədir.
Bu barədə o, feysbuk səhifəsində yazıb. Diplomatın sözlərinə görə, mayın 22-də xarici işlər nazirlərinin Brüssel görüşündə Ukraynaya silah tədarükü ilə bağlı xərclərin ödənilməsi və sanksiyalarla bağlı təklif müzakirə olunacaq.

Nzir deyib ki, Ukrayna Macarıstanın ən böyük “OTP” bankını beynəlxalq müharibə sponsorları siyahısında saxladığı müddətcə Budapeşt Kiyevə əlavə maliyyə tələb edən məsələlərə razılıq verə bilməz.


AzVision.az


Teqlər:





Xəbər lenti