Çavuşoğlu: “Kılıçdaroğlu Rusiya ilə bağlı daha ciddi olmalıdır”

      Çavuşoğlu:    “Kılıçdaroğlu Rusiya ilə bağlı daha ciddi olmalıdır”
  22 May 2023    Oxunub:1175
“Türkiyə hakimiyyətinin Rusiyanın ölkədəki seçkilərə müdaxilə cəhdlərinə dair heç bir sübutu yoxdur və bu cür ittihamlarla çıxış edən müxalifətdən prezidentliyə namizəd Kamal Kılıçdaroğlu daha ciddi olmalıdır”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. “Cənab Kılıçdaroğlu Rusiyanı hədələməyə başladı. Hansısa ölkə ilə münasibətlərimizi bu cür korlamaq səhvdir... Mən ondan soruşdum ki, sübutu, filan sənədi varmı? Cavab verdi: “Məndə belə təəssürat yarandı”.

Türkiyənin müxalifət lideri olmaq istəyən daha ciddi olmalıdır. Bizə də bu barədə heç bir məlumat daxil olmayıb. Əgər siz bəyanatla çıxış edirsinizsə, o zaman sənədləri və sübutları dövlətlə bölüşmək üçün mehriban olun, əks halda bu, seçki təbliğatıdır. Siz "təəssürat" əsasında ölkəni hədəfləyə bilməzsiniz”-deyə, o bildirib.


AzVision.az


Teqlər:





Xəbər lenti