Qallant: "İran mülki gəmiləri üzən terror bazalarına çevirir"
Qallant bu gəmilərdən birinin Ədən körfəzinə doğru üzməsinim bu yaxınlarda qeydə alındığını və bunun İranın Fars körfəzi və Ərəbistan dənizində həyata keçirdiyi dəniz terrorunun bir hissəsi olduğunu bildirib: "Tehran administrasiyası bu hərəkətləri Hind okeanı, Qırmızı dəniz və Aralıq dənizini əhatə edəcək şəkildə genişləndirməyə çalışır".
Qallant bunun hərbi və mülki gəmiçilik marşrutlarını təhdid edən və dənizlər üçün daimi təhlükə yaradan planlı bir "piratçılıq" siyasəti olduğunu qeyd edib.
"Bu gün Qəzza, Livan, Suriya və İordan çayının qərb sahilində üzləşdiyimiz təhdidlərin arxasında İran dayanır. İran regional və beynəlxalq sabitliyə ən böyük təhlükədir. İran regiondakı müttəfiqləri vasitəsilə İsrailə qarşı çökdürmə müharibəsi aparır”.
Qallant qeyd edib ki, İran nüvə proqramının ən son nöqtəsindədir və nüvə silahı ilə bütün dünyanı ciddi strateji, İsrail və Yaxın Şərqdəki digər ölkələri isə potensial ekzistensial təhlükəyə məruz qoyur. "Uranın 90%-ə qədər zənginləşdirilməsi İran üçün böyük səhv olardı. Çünki İran rejimi bilir ki, bunun Yaxın Şərq üçün ağır və dəhşətli nəticələri olacaq”.
Aytən Zəhra
AzVision.az
Teqlər: