İrana qarşı yeni sanksiyalar

   İrana qarşı yeni sanksiyalar
  23 May 2023    Oxunub:1276

Avropa İttifaqı (Aİ) insan haqlarının pozulması siyasətini davam etdirən İrana qarşı yeni sanksiyalar paketini təsdiqləyib.
AzVision.az bildirir ki, Aİ-nin Xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə Ali təmsilçisi Cozep Borrel Avropa İttifaqına üzv olan ölkələrin Xarici İşlər nazirləri şurasının Brüsseldə keçirilən iclası ərəfəsində belə açıqlama verib.

Almaniyanın Xarici İşlər naziri Annalena Berbok isə bu iclasda, yeni sanksiyalar paketində, yəqin ki, SEPAH-ın daha bir neçə üzvünün sanksiyalar siyahısına əlavə olunacağını deyib. Avropa Birliyi İran məhkəmə sisteminin hissələrini, eləcə də SEPAH-la bağlı iki təşkilatı sanksiya siyahısına əlavə edəcək.

İranda Məhsa Əmininin ölümündən sonra başlayan etiraz aksiyalarının iştirakçılarının edam edilməsi ölkənin daxilində və beynəlxalq aləmdə sərt reaksiyalar doğurub. Bu baxımdan, Tehranın siyasətini pisləyənlər bir çox hallarda İrana qarşı “cəzalandırıcı” tədbirlərin həyata keçirilməsini istəyirlər.


AzVision.az


Teqlər: İran   sanksiyalar  





Xəbər lenti