İrana qarşı səkkizinci sanksiyalar paketinə düşənlər

   İrana qarşı səkkizinci sanksiyalar paketinə düşənlər
  23 May 2023    Oxunub:1008
İranda insan haqlarının “ciddi” pozulması, o cümlədən 2021-ci ilin payızında tələbə etirazlarının “zorakılıqla” yatırılması ilə bağlı Avropa İttifaqının (Aİ) səkkizinci sanksiyalar paketini təsdiqlədiyi barədə məlumat vermişdki. Artıq həmin sanksiyaların kimlərə tətbiq ediləcəyi bəlli olub.
AzVision.az bildirir ki, Avropa Birliyinin səkkizinci sanksiya paketində İranın daha beş rəsmisi və iki qurumu yer alıb. Bununla bağlı Avropa Şurasının rəsmi internet saytında dərc olunan bəyanat yerləşdirilib.

“İki dövlət qurumu - SEPAH Kooperativ Fondu və Tələbə səfərbərliyi Avropa İttifaqının qara siyahısına əlavə edilib. Bu iki qurum İranda, o cümlədən ölkədəki universitetlərdə baş verən son etirazların “zorakılıqla” yatırılmasının başlıca fiqurlarıdır. SEPAH Kooperativ Fonduna SEPAH-ın vəsaitlərinin idarə olunmasında və İranda zorakı etirazların maliyyələşdirilməsində birbaşa rol oynadığına görə sanksiya tətbiq edilib. Bəsic tələbə təşkilatı isə SEPAH-a bağlı qüvvələrin bir hissəsi kimi 2021-ci ilin payızında İranın müxtəlif universitetlərində tələbə etirazlarına qarşı zorakılıq və etirazların yatırılmasında, insan hüquqlarının ciddi şəkildə pozulmasında, o cümlədən adam oğurluğu və işgəncələrdə rol oynadığına görə qara siyahıya salınıb. Bundan əlavə, İranın beş rəsmisi: Böyük Tehran yardım birliyinin komandiri Salman Adinəvənd, İran Baş polis komandanlığının sözçüsü Səid Müntəzir əl-Mehdi, Sircan şəhərinin prokuroru Möhsün Nikvərz, paytaxt Təhlükəsizlik polisinin ictimai yerlər üzrə nəzarətçi müavini Nadir Muradi və Kiber məkan Ali şurasının katibi Məhəmməd Əmin Ağamir də sanksiyalar siyahısındadır”, - verilən məlumatda deyilir.

Bəzi ekspertlər Aİ-nin İrandakı teolkratik rejimə qarşı səkkizinci sanksiyalar paketi ilə kifayətlənməyəcəyini və İranı daha sərt sanksiyalar paketlərinin gözlədiyini bildirirlər.

AzVision.az




Teqlər: İran   sanksiyalar  





Xəbər lenti