Avropa Komissiyası Ukraynaya yeni yardım ayırdı

Avropa Komissiyası Ukraynaya yeni yardım ayırdı
  23 May 2023    Oxunub:998
Avropa Komissiyası 2023-cü il üçün makromaliyyə yardımı çərçivəsində Kiyevə 1,5 milyard avroluq yeni tranş ayırıb.
Bu barədə qurumun saytı nda bildirilib. Belə ki, Avropa Komissiyası Ukraynaya 18 milyard avroya qədər olan makro-maliyyə yardım paketinin bir hissəsi olaraq 1,5 milyard avroluq dördüncü ödənişi həyata keçirib.

Avropa İttifaqının büdcəsindən 500 milyon avro, Avropa Sülh Fondundan isə 1 milyard avro ayrılması nəzərdə tutulur.

AzVision.az


Teqlər:





Xəbər lenti