Beyonsa görə Londonda evsizlər oteldən çıxarılır

   Beyonsa görə Londonda evsizlər oteldən çıxarılır
  23 May 2023    Oxunub:1388
Amerikalı müğənni Beyonsun konsertinə görə onlarla evsiz ailə Londondakı Travelodge otelindən çıxarıla bilər. Bu barədə The Guardian məlumat yayıb.
London mehmanxanasında 100-ə yaxın otaq yerli şəhər şurası tərəfindən evsizlər üçün sifariş edilmişdi. Şura kirayəçilərə başqa uyğun yer tapmaq üçün mümkün olan hər şeyi edəcəyini vəd edir. Həmin ailələr alternativ müvəqqəti mənzillərə yerləşdiriləcək.

Qeyd edək ki, ümumilikdə Beyons mayın 29-dan iyunun 4-dək Londonda "Tottenham Hotspur" stadionunda beş konsert verəcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Beyons  





Xəbər lenti