Avropa Komissiyası Polşa fermerlərinə 1 milyard avro ayırdı

  Avropa Komissiyası Polşa fermerlərinə 1 milyard avro ayırdı
  23 May 2023    Oxunub:957
Avropa Komissiyası Polşada münaqişənin başlamasından sonra Ukrayna məhsullarının Avropa İttifaqına rüsumsuz idxalı səbəbindən zərər çəkən kənd təsərrüfatı istehsalçılarına dəstək üçün 1 milyard avro vəsait ayırıb.
AzVision.az xəbər verir ki, bu barədə AK-nin bəyanatında deyilir. Qeyd olunub ki, Avropa Komissiyası Rusiyanın Ukraynaya qarşı müharibəsi kontekstində kənd təsərrüfatı istehsalçılarının likvidliyini dəstəkləmək üçün təxminən 1 milyard avro dəyərində Polşa sxemini təsdiqləyib.

Bundan başqa Ukraynanın aqrar-sənaye məhsullarının axını fonunda polşalı fermerlər əlavə anbarların tikintisinə görə kompensasiya alacaqlar. Ölkənin Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Polşa bir il ərzində Ukraynadan 2 milyon tona yaxın taxıl alıb.

AzVision.az


Teqlər:





Xəbər lenti