Almaniya silah alınmasına 850 milyon avro xərcləyəcək

   Almaniya silah alınmasına 850 milyon avro xərcləyəcək
  23 May 2023    Oxunub:896
Almaniya 18 "Leopard 2" tankı və 12 "Panzerhaubitze 2000" özüyeriyən artilleriya qurğusunun (AKS) alınmasına təxminən 850 milyon avro xərcləyəcək.
Bu barədə Bloomberg məlumat yayıb. Agentliyin məlumatına görə, Almaniya hökuməti sifarişi "Rheinmetall" və "Krauss-Maffei Wegmann" şirkətinə vermək istəyir.

Qeyd olunub ki, 18 tankın qiyməti 525,6 milyon avro, 12 özüyeriyən artilleriya qurğusu 190,7 milyon avroya başa gələcək. Bundan əlavə, tədarük müqaviləsinə 126,6 milyon avro dəyərində tanklar üçün ehtiyat hissələri də daxil ediləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti