Zaxarova: "Azərbaycanın qonaqpərvərliyi heç kimə sirr deyil"

      Zaxarova:    "Azərbaycanın qonaqpərvərliyi heç kimə sirr deyil"
  23 May 2023    Oxunub:1179
Xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev Rusiya nümayəndə heyətini qəbul etdi və həmin vaxt KİV-lərin nümayəndələri və media məsələləri ilə məşğul olan rəsmi şəxslər arasında birbaşa dialoqun əhəmiyyəti qeyd edildi.
Bu barədə AZƏRTAC-a “Rusiya-Azərbaycan: media əməkdaşlığının aktual məsələləri” mövzusunda keçirilən dəyirmi masada iştirak edən Rusiya Federasiyası XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Rusiya XİN-in rəsmi nümayəndəsi deyib: “Bizim xarici işlər nazirlikləri arasında, xüsusən azərbaycanlı həmkarlarla məsləhətləşmələr üzrə praktikamız mövcuddur, biz media problemlərini müzakirə edirik. Lakin jurnalistlərin öz həmkarları, imkan daxilində həm də icra hakimiyyəti nümayəndələri ilə birbaşa ünsiyyəti olmadan, əlbəttə, bütün bunlar natamam olardı. Belə görüşləri mütəmadi keçirmək lazımdır”.

Mariya Zaxarova xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya KİV-lərinin nümayəndələrini dəvət edib: “Azərbaycanın qonaqpərvərliyi heç kimə sirr deyil. Düşünürəm ki, rusiyalı jurnalistlər bu təklifə məmnuniyyətlə cavab verəcək və hələ Azərbaycanda da belə görüş keçirəcəyik”.

AzVision.az



Teqlər: Zaxarova  





Xəbər lenti