Çin “Taliban”la razılaşdı

   Çin “Taliban”la razılaşdı
  24 May 2023    Oxunub:1073
Çin Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” radikalları ilə ölkələr arasında birbaşa uçuşların yaradılması məsələsində razılığa gəlib.
Bu barədə “Taliban” radikallarının qondarma Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Qəhər Bəlxi radikalların “XİN başçısı” Əmir Xan Möttəki ilə Çinin Kabuldakı səfiri Van Yunun görüşündən sonra tviterdə açıqlayıb.

“Çin səfiri bildirib ki, Çin Əfqanıstanla normal əlaqələr saxlayır və onları daha da möhkəmləndirməyə hazırdır. O əlavə edib ki, Əfqanıstan-Çin birbaşa uçuşları mayın 24-də başlanacaq”, - Bəlxi diqqətə çatdırıb.

AzVision.az


Teqlər: Çin   Taliban  





Xəbər lenti