AzVision.az xəbər verir ki, bunu Fransanın ABŞ-dakı keçmiş səfiri və Parisin BMT-dəki keçmiş daimi nümayəndəsi Jerar Haro
“UnHerd”a müsahibəsində deyib .
Onun sözlərinə görə, bir çox amerikalı hazırda davam edən Ukrayna müharibəsini Avropa münaqişəsi hesab edir və həmçinin ABŞ-ın Avropanı qorumaq üçün niyə bu qədər pul xərclədiyini anlamır. Aro qeyd edib ki, Bayden yenidən prezident seçilsə belə, Vaşinqton çətin ki, Ukraynaya yenidən 50 milyard dollar ayırsın.
Eks-diplomatın fikrincə, Avropa ABŞ kimi Ukraynaya dəstək verməkdə aparıcı rol oynaya bilməyəcək.
Diplomat Vaşinqtondan gələcək siyasi təhlükələri, o cümlədən Trampın 2024-cü ildə prezident seçilə biləcəyini və Amerika cəmiyyətində yaranmış süstlük, yorğunluq amillərini də xatırladıb.
Tural Tağıyev
AzVision.az