İranda müxalifəti sıxışdırmağın əsas istiqaməti: “edamlar və şou məhkəmələri”

   İranda müxalifəti sıxışdırmağın əsas istiqaməti:    “edamlar və şou məhkəmələri”
  24 May 2023    Oxunub:1336
İranda etirazların yatırılması üçün hakimiyyətin tədbirlərinin əsas istiqaməti edam və şou məhkəmələridir. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller belə deyib.
AzVision.az xəbər verir ki, Amerikaya casusluqda təqsirləndirilən Nilufər Hamidi və İlahə Məhəmmədi barədə jurnalistlərin suallarına cavab verən Metyu Miller edamların və məhkəmə şoularının müxalif fikirləri yatırmaq üçün İran hakimiyyətinin əlində repressiya alətinə çevrildiyini söyləyib.

“Qeyd etməliyəm ki, etirazlar zamanı İran hakimiyyəti dəfələrlə İran xalqının insan hüquqlarını pozub və onların haqqı olan aşkar azadlıqlardan istifadə etdiklərinə görə onları cəzalandırıb. Cəzalandırılanlara təkcə İran cəmiyyətinin etiraz etmək üçün küçələrə çıxan hissəsi deyil, həm də bu ölkədəki jurnalistlər də daxildir. Şou məhkəmələri və edamlar hökumətin hər hansı bir müxalif fikri yatırmaq səylərinin əsas hissəsinə çevrilib. Biz İran hökumətinin edamlardan istifadə etmə tərzindən narahatıq. Bayaq dediyim kimi, bu məhkəmələr şou xarakterlidir. Biz bir daha İran hakimiyyətini əsassız həbsləri dayandırmağa və məhkəmələr nümayiş etdirməyə, İran xalqını layiq olduqları əsas azadlıqlardan məhrum etməyə son qoymağa çağırırıq” - Miller vurğulayıb.

Qeyd edək ki, İran məhkəmə hakimiyyətinin sözçüsü Məsud Setayşinin açıqladığı məlumata görə, “düşmən hökuməti ilə əməkdaşlıq etməkdə” ittiham olunan jurnalistlər Nilufər Hamidi və İlahə Məhəmmədinin məhkəmə prosesləri 29-30 may tarixində keçiriləcək.

AzVision.az


Teqlər: İran   repressiyalar  



Xəbər lenti