Şahzadə Keyti əsəbləşdirdi: "Onun divanda pizza yeməsi dəhşətlidir"
"Pizzaları divanlardan uzaq tutun"- iddialara görə, bazada yeni istirahət zonası açılanda Şahzadə Uilyam məsləhət görüb. Keytin reaksiyası isə gecikməyib :" Sən bunu edəndə dəhşətli olursan".
Bir neçə gün əvvəl kral bioqrafı “Qızıllı gənclik: Kral ailəsində böyümənin intim tarixi” kitabının müəllifi Tom Quinn jurnalistlərə Kate Middleton və Şahzadə Uilyamın evliliyində hadisələrin necə cəryan etdiyindən danışıb. Onun sözlərinə görə, Keyt Uilyamla dördüncü uşaq kimi davranır, çünki əri isterikaya meyillidir.
“Bu ideal evlilik deyil. Onların heyrətamiz mübahisələri var. Amma bəzi cütlüklərin dava salıb bir-birinin üstünə ağır güldanlar atdığı halda, Uilyam və Keyt bir-birinə yastıq tullayırlar. Bu məsələdə vəziyyət həmişə nəzarətdə saxlanılır”, - deyə yazıçı bildirib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: KeytMidlton Uilyam