Neqativ hallar “fəaliyyətə” səbəb olacaq

   Neqativ hallar “fəaliyyətə” səbəb olacaq
  24 May 2023    Oxunub:777
İranın nüvə proqramı üfüqündə bu ölkəyə qarşı “fəaliyyətə” səbəb ola biləcək mənfi hadisələr var.
AzVision.az xəbər verir ki, İsrail ordusunun Baş qərargah rəisi general Herzi Halevi beynəlxalq təhlükəsizlik konfransında çıxışı zamanı İran hakimiyyətinə belə xəbərdarlıq ünvanlayıb.

“İran uranın zənginləşdirilməsi sahəsində daha çox irəliləyiş əldə edib. Biz nüvə potensialının digər sahələrini də nəzərdən keçiririk. Təfərrüatlara varmadan, qarşıda bu sahədə fəaliyyətin sürətləndirilməsinə səbəb ola biləcək digər mənfi hadisələr də var. Bizim İrana hücum etmək imkanımız var. Biz İranın ətrafımızda nələr qurmağa çalışdığına biganə deyilik”, - Halevi deyib.

AzVision.az


Teqlər: İsrail   İran  





Xəbər lenti