"Qərb Çinlə müharibədən qaçmaq üçün Ukraynanın qələbəsinə təmin etməlidir"
!["Qərb Çinlə müharibədən qaçmaq üçün Ukraynanın qələbəsinə təmin etməlidir" "Qərb Çinlə müharibədən qaçmaq üçün Ukraynanın qələbəsinə təmin etməlidir"](https://azvision.az/photos/2023/05/1684922324.jpg)
Hodges deyib ki, Qərb liderləri Ukraynanın müharibədə qalib gələcəyini açıq şəkildə bildirməlidirlər. "Sonra Ukraynaya lazımi qədər silah göndərməlidirlər. Co Bayden, Rişi Sunak, Olaf Şolts deməlidir ki, biz Ukraynanın qalib gəlməsini istəyirik. Əgər bunu etsəydilər, bu müharibə ilin sonuna qədər bitərdi ”, deyə general vurğulayıb.
Hodges hesab edir ki, Qərb bunu etməsə, Çin yeni müharibəyə başlayacaq. "Əgər bunu etməsək, çinlilərin Tayvan və ya Cənubi Çin dənizi haqqında danışmağımızdan çox təsirlənəcəyini düşünmürəm. Və bu, daha çətin müharibə olacaq”.
O vurğulayıb ki, Ukrayna mütləq Krım yarımadasını geri almalıdır. “Rusiya Krımı alarsa, onların geri qayıtmasına cəmi bir neçə il keçəcək. Xəritəyə baxsanız, görərsiniz ki, Krım Ukraynanın mədəsinə xəncər kimidir”, - amerikalı general əlavə edib.
AzVision.az
Teqlər: