Makki: Paşinyandan sonra Azərbaycanın cavabını gözləyirik" |
“Mən qonşu ölkə ilə sülhə gətirib çıxaracaq bir proses olan sülh gündəmimizi iki əlli müdafiə edəcəyəm. Bu, 1991-ci ildə MDB ölkələri tərəfindən qəbul edilmiş koordinatlar ilə ərazi bütövlüyünün qarşılıqlı tanınmasına və sülh prosesinə gətirib çıxaracaq.
Baş naziri, siyasi komandamızı dəstəklədiyimi bir daha təsdiqləyirəm və bildirirəm ki, biz Ermənistan və xalqımız adından qonşularımız Azərbaycanla sülhü, eləcə də Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesini başa çatdırmaqda qərarlıyıq.
Mən bunu siyasi komandamızın Ermənistan xalqı qarşısındakı ən mühüm missiyası hesab edirəm”, – Arsenyan bildirib.
Şahanə Rəhimli
AzVision.az