Amnesty İnternational: “İranda daha 7 məhbus edam oluna bilər”

    Amnesty İnternational:    “İranda daha 7 məhbus edam oluna bilər”
  24 May 2023    Oxunub:1041
Beynəlxalq Amnistiya təşkilatı hazırda İranda edam cəzasına məhkum edilmiş azı 7 nəfərin olduğu barədə dünya ictimaiyyətinə xəbərdarlıq ünvanlayıb. İranda nümayişçilərə qarşı çıxarılan hökmlərlə bağlı təşkilatın son hesabatında məlumat verilib.

AzVision.az “Amnesty İnternational” təşkilatının hesabatına istinadən xəbər verir ki, edam təhlükəsi ilə üzləşənlər İbrahim Naruyi, Kambiz Xorut, Mənuçöhr Mehmannəvaz, Mənsur Dəhmərdə, Məhəmməd Qobadlu, Mücahid (Abbas) Kurkur və Şüeyb Mirbəluçzəhi Rigidir.

İbrahim Naruyi, Kambiz Xorut, Mənsur Dəhmərdə və Şüeyb Mirbəluçzəhi Rigi barədə “Amnesty İnternational” əvvəllər də açıqlama yayıb. Bu dörd bəluc gəncdən məcburi etiraf almaq üçün istintaq orqanları onları şiddətli işgəncələrə, o cümlədən cinsi zorakılığa məruz qoyublar. Mənsur Dəhmərdə o qədər döyülüb ki, dişləri və burnu qırılıb, İbrahim Naruyinin cinsi orqanına iynələr vurulub.

“Amnesty İnternational” İslam respublikasının məhkəmə orqanlarının bu şəxslərə münasibətdə ədalətli mühakimə qanununlarının müddəalarını pozaraq, onların bir çoxunu qamçı, elektrik şoku, ölümlə hədələmə, cinsi zorakılıq da daxil olmaqla işgəncələrə və digər pis rəftara məruz qoyduqlarını beynəlxalq aləmin diqqətinə çatdırıb.

AzVision.az


Teqlər: İran   edamlar  



Xəbər lenti