|
| Vardanyandan şok iddia: "Paşinyanı mühasirədən çıxarmaq üçün yüzlərlə əsgər qurban verdik" |
Sən demə balaca Paşinyan zamanında atasının xəstə təfəkküründən də geri qalmırmış. Nikolun Qarabağı Ermənistan ərazisi saydığı vaxtlarda oğlu da Türkiyə torpaqlarını öz aləmində erməniləşdiribmiş.
O, qeyd edib ki, “Deyirlər müharibə yaxşı bir şey deyil və dövlətlər arasında problemləri qəddar şəkildə həll etməmək də olar. Gəlin reallığa baxaq. Bu gün bizim Türkiyədə "torpaqlarımız" var. Variantlardan biri budur ki, "torpaqlarımızı" türklərə hədiyyə edək, unudaq. Digər variant isə onları geri almaqdır. Amma onu necə geri qaytarmaq olar? Gedib türk dövlətindən xahiş edəcəyik ki, bu torpaqları bizə qaytarsınlar? Əgər kimsə düşünürsə ki, bu variantla "torpaqlarımızı" qaytaracağıq, getsin, bu istiqamətdə çalışsın. Ancaq onun səyləri işə yarasa şad olaram. Digər variant isə döyüşmək və güc yolu ilə ora qayıtmaqdır. Qonşu dövlətlə problemlərimizi həll edə biləcəyimiz başqa variantlar varmı? Bu variantları görmürəm, kimsə mənə başqa istiqamətlər göstərsə, sevinərəm”.
Müəllif onu da qeyd edib ki, "Aşot Paşinyan 9 noyabr 2013-cü ildə məlum qeydləri aparıb. Bu, sərbəst düşünməyi qadağan edilmiş yeniyetmənin fəryadı ola bilərdi. Amma o, üsyan edib, duyğularını və ümidlərini internetə yaydı. Aşot Paşinyan fikrini dəyişdi, yoxsa o bunu sadəcə yazmışdı?".
Qeyd edək ki, Ermənistanda sülh mövzusu aktuallaşıb. Bu səbəbdən müxalifətə bağlı olan saytlar "Böyük Ermənistan" xülyalarını və Qarabağla bağlı sərsəm iddiaları daha çox xatırladır, mövzuya dair qıcıq yaradacaq təhlillər dərc edirlər.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


