İran yeni nüvə obyektlərinin tikintisi barədə xəbəri təkzib edib
Lakin İranın Atom Enerjisi təşkilatının rəhbəri Məhəmməd İslami bu məlumatların yanlış olduğunu və belə bir planın və yaxud da yaxud qurğuların mövcud olmadığını deyib.
“Bu xəbərlər cəfəngiyyat, mübahisə doğurucu məlumat və psixoloji əməliyyatdan başqa bir şey deyil və bu xəbərlərin əsl mənşəyi İsraillə bağlıdır. Onlar bölgələrində və mühitlərində şərait sıxlaşdıqca və çətinləşdikcə bu psixoloji əməliyyatları daha da gücləndirirlər. İran Beynəlxalq Atom Enerjisi agentliyinin standartları və təminatları əsasında işləyir və hər hansı bir fəaliyyətlə məşğul olmaq istəsə, agentliklə öz tənzimləmələrini qurur və buna uyğun hərəkət edir. İsraillilər indi də keçmişdə rədd edilmiş, mənası və yeri olmayan yeni məzmunu təbliğ etməyə başlayıblar”, - İslami bildirib.
“Associated Press” agentliyinin bu məsələ ilə bağlı verdiyi xəbər “PlanetLabs-PBC” şirkətinin video və peyk şəkillərinə əsaslanır. Həmin materiallar Nətənz nüvə obyekti yaxınlığında qazıntıların xeyli artdığı və bu qazıntıların hətta ən qabaqcıl Amerika bombalarının belə ona zərər verə bilməsi ehtimalı az olan dərinlikdə aparıldığına şahidlik edir.
Sahil İsgəndərov
Kamran İsayev
AzVision.az