"Onun Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşü olacaq. Bundan sonra üçtərəfli görüş baş tutacaq", - Kremlin sözçüsü bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə mayın 25-də Moskvaya gedib. Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlət başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: İlhamƏliyev Putin Paşinyan