Rusiyanın müdafiə naziri: "NATO Ukrayna böhranından istifadə edir"

      Rusiyanın müdafiə naziri:    "NATO Ukrayna böhranından istifadə edir"
  25 May 2023    Oxunub:680
"NATO Alyansı Şərqi və Mərkəzi Avropada öz qüvvələrini artırmaq üçün Ukrayna böhranından bəhanə kimi istifadə edir".
AzVision.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Belarusun paytaxtı Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxışı zamanı deyib.

"NATO öz qruplaşmalarını yaratmaq üçün Ukrayna böhranını bəhanə edir. Alyansın genişlənməsinin növbəti mərhələsinə start verilib. Şərqi və Mərkəzi Avropada hərbi infrastruktur modernləşdirilir, zərbə silahları yerləşdirilir, miqyası və intensivliyi Birgə təlimlərin sayı artır”, - deyə Şoyqu bildirib.

O qeyd edib ki, "Defender Europe 2023" təlimləri bloka daxil olmayan ölkələrin də iştirak etdiyi ən böyük təlim olacaq.

"Digər narahatlıq doğuran məqam, NATO ölkələrinin Şərqi Avropada artan aqressiv ritorika və nüvə silahı çatdıran maşınların istifadəsini sınaqdan keçirmək, həmçinin ABŞ-ın qlobal raketdən müdafiə sisteminin komponentlərini təkmilləşdirməkdir".

AzVision.az


Teqlər:





Xəbər lenti