Generaldan ittiham: "ABŞ terrorçuları Əfqanıstana köçürüb"
“Əfqanıstan qeyri-sabitliyin daha bir ocağı olaraq qalır. Əsas təhlükə "Taliban" hakimiyyətə gəldikdən sonra bu ölkədə öz mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirən qeyri-qanuni silahlı qruplaşmalardan gəlir. Biz hesab edirik ki, ABŞ regionda sabitliyi pozmaq üçün bu terror təşkilatlarının potensialından istifadə etmək niyyətindədir”.
Şoyqu qeyd edib ki, “bu məqsədlə nəzarətdə olan quldur qrupların yaraqlıları Yaxın Şərqdən Əfqanıstana köçürülüb".
"Gələcəkdə onların qonşu ölkələrə nüfuz etməsi, xüsusən də terror aktları törətməsi mümkündür. Bu şəraitdə biz Əfqanıstan istiqamətində səylərin əlaqələndirilməsini, həm ikitərəfli əsasda, həm də çoxtərəfli formatda birgə təlimlərə lazımi diqqət yetirməyi vacib hesab edirik", - Rusiyanın müdafiə naziri bildirib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Əfqanıstan