Kremldə Avrasiya İqtisadi Şurası sammiti başladı

   Kremldə Avrasiya İqtisadi Şurası sammiti başladı
  25 May 2023    Oxunub:1131
Avrasiya İqtisadi Şurası (Aİİ) ölkələrinin liderlərinin Kremldə görüşü başlayıb.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan prezidentləri Vladimir Putin, Aleksandr Lukaşenko, Kasım-Jomart Tokayev və Sadır Japarovun, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyanın birgə fotosessiyası ilə Aİİ sammitinin açılışı olub.

Qeyd edək ki, “Beşlik” liderlərinin Ali Avrasiya İqtisadi Şurasının dar və geniş tərkibdə iclasları keçirəcəyi planlaşdırılır. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun verdiyi məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək. Özbəkistan və Tacikistan prezidentləri Şavkat Mirziyoyev və Emoməli Rəhmon isə videobağlantı vasitəsilə qoşulacaqlar.

Sonda birgə sənədlərin imzalanması gözlənilir. Kremlin mətbuat xidməti Putinin həmkarları ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirəcəyini bildirib. Prezidentin mətbuat katibinin sözlərinə görə, Paşinyan və Əliyevlə iki ayrı görüş, daha sonra isə üçtərəfli danışıqlar planlaşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti