“Bizim bu stadionda futbola baxmağa gələn qadınların olması ilə bağlı heç bir problemimiz yoxdur. Gələn mövsümdən onlara yaxşı ev sahibi olmaq üçün əlimizdən gələni edəcəyik”, - Əbüfazili bildirib.
Qadınların məhdud şəkildə futbol stadionlarına getməsinə icazə verən bir neçə milli və klub oyunlarından sonra hakimiyyət 2022-ci ildə etirazların başlaması ilə yenidən stadionların qapılarını qadınların üzünə bağlayıb.
Keçən il təhlükəsizlik nöqteyi-nəzərindən Premyer liqanın bir neçə həftəlik futbol oyunları ümuiyyətlə tamaşaçılarsız keçirildi və bu il tamaşaçıların yenidən iştirakına icazə verilən zaman, qadınların stadionlara buraxılmasına yasaq qoyuldu.
Son illərdə FİFA-nın təzyiqlərinə cavab olaraq, İranın Futbol federasiyasının rəsmiləri, siyasi qurumların və təhlükəsizlik xidmətlərinin rəsmiləri stadionlarda qadınların, o cümlədən ayrı-ayrı giriş və tualetlər üçün “lazımi infrastrukturun olmadığını” əsas gətirirdilər.
AzVision.az
Teqlər: