Şolts Putinlə danışmağı planlaşdırır

   Şolts Putinlə danışmağı planlaşdırır
  26 May 2023    Oxunub:821
“Zamanla Rusiyanın prezidenti Vladimir Putinlə Ukraynada baş verənləri yenidən telefonla müzakirə etməyi planlaşdırıram”.
Bu barədə Almaniya kansleri Olaf Şolts “Kölner Stadt-Anzeiger” qəzetinə müsahibəsində bildirib. “Mən lazım olan anda Putinlə yenidən danışacağam”-, o bildirib.

Almaniya kansleri Rusiyada mümkün hakimiyyət dəyişikliyi ilə bağlı sualı spekulyativ adlandırıb və ona cavab verməyib: “Nəhayət, Moskva və Kiyev hakimiyyətləri arasında saziş imzalanmalıdır”.


İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti