Avropa parlamentinin üzvü İranla bağlı çağırış etdi

   Avropa parlamentinin üzvü İranla bağlı çağırış etdi
  26 May 2023    Oxunub:796
Avropa parlamentinin polşalı deputatı Anna Fotiga İran xalqının etiraz hərəkatını dəstəkləyərək, beynəlxalq ictimaiyyəti İrana qarşı sanksiyaların genişləndirilməsinə çağırıb.
AzVision.az xəbər verir ki, Polşadan olan deputat iranlıların neçə illərdir ki, dünyəvi və demokratik cəmiyyət qurmaq istədiklərini söyləyib.

“İran iqtisadiyyatının 80%-i İnqilab Keşikçiləri Qvardiyasının nəzarəti altındadır. Dünyəvi və demokratik hökumət qurmaq iranlıların çoxdankı arzusudur. İran hökuməti mülki vətəndaşları öldürmək üçün Rusiyaya pilotsuz təyyarələr verir. İrana qarşı beynəlxalq sanksiyaların genişləndirilməlidir”, – xanım Fotiga vurğulayıb.

2006-2007-ci illərdə Polşanın Xarici İşlər naziri vəzifəsini tutmuş Anna Fotiga hazırda Avropa Mühafizəkarlar və İslahatçılar partiyasının baş katibinin nümayəndəsidir.

AzVision.az


Teqlər: İran   sanksiyalar  





Xəbər lenti