"İlham Əliyev mənə zəng etməyib" - Sinan Oğan

   "İlham Əliyev mənə zəng etməyib" -    Sinan Oğan
  26 May 2023    Oxunub:1891
Türkiyədə “ATA İttifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğan “TRT Haber”ə müsahibə verib. O, müsahibəsində bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışmayıb. Bununla bağlı yazılanlar həqiqəti əks etdirmir.
"İlham Əliyev mənə zəng etməyib və ondan mesaj gəlməyib. Azərbaycan prezidentinin belə bir zəngi ağlımdan keçmir. Turanlı ruhumuzun olması təbii ənənəyə söykənir. Könül bağı başqa bir şeydir. Türkiyə Azərbaycanın, Azərbaycan da Türkiyənin daxili işlərinə qarışmır".

S. Oğan neft quyularının olması ilə bağlı deyilənlərə də aydınlıq gətirib.

"Deyirlər ki, mənim neft quyularım var. Seçki avtobusumuzun dizeli bitdi, yanacaqdoldurma məntəqəsinin sahibi bizə pulsuz yanacaq verdi. İcarəyə götürdüyümüz öz avtobusumuzu biz dizellə təmin edə bilmirik. Bu iddiaları rədd edirəm".


Şahanə Rəhimli
AzVision.az


Teqlər: SinanOğan  





Xəbər lenti