Xəstəxanaya hücum: 1 ölü, 15 yaralı

   Xəstəxanaya hücum:   1 ölü, 15 yaralı
  26 May 2023    Oxunub:863
Rusiyanın Dneprdəki tibb müəssisəsinə raket hücumu nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Telegramda məlumat verib.
"Rusiya terrorçuları humanist və vicdanlı hər şeyə qarşı döyüşçü statuslarını bir daha təsdiqləyirlər. Dnepr şəhərindəki klinikaya raket hücumu. Hazırda bir nəfər ölüb, 15 nəfər yaralanıb", - Zelenski deyib.

Zelenskinin sözlərinə görə, atışmanın nəticələrinin aradan qaldırılması və zərərçəkənlərin xilas edilməsi davam edir, bütün lazımi xidmətlər cəlb olunub.





Şahanə Rəhimli
AzVision.az


Teqlər: Ukrayna   Dnepr  





Xəbər lenti