"Kölgə"dən zərbə: Müharibədə yeni mərhələ başlayır – Ukraynalı ekspert |
Keçən il Lloyd's List Intelligence şirkəti sentyabr ayında Xəzər gəmilərinin izlənilməsində məlumat boşluqlarının sayında artım olduğunu müəyyən edib. Nəşr qeyd edir ki, bu, Tehranın Moskvaya PUA satmaqda ittiham edilməsindən az sonra baş verib. Artıq payızda Rusiya Ukrayna ərazisində, o cümlədən kritik infrastruktura qarşı İran dronlarından daha çox istifadə edirdi.
Analitiklər hesab edirlər ki, Ukraynanın Qərb müttəfiqlərinin bu cür silah transferlərini dayandırmaq üçün çox az gücü var.
"Sərhəd ölkələrə görə Xəzər dənizində İranın ixracı üçün heç bir risk yoxdur - onların bu cür mübadilələrin qarşısını almaq üçün heç bir imkanı və motivi yoxdur",- EOS Risk Qrupunun analitiki Martin Kelli bildirib.
Xatırladaq ki, ötən ilin yayında İran Rusiyaya Şahed-136 və Mohajer-6 PUA satmaqda ittiham olunurdu. Əvvəlcə Tehran bunu təkzib edərək, onların pilotsuz təyyarələrinin Rusiyanın arsenalına necə daxil ola biləcəyi ilə bağlı birgə araşdırma aparmağa hazır olduqlarını bildirib.
Daha sonra onlar dronların Moskvaya satıldığını etiraf ediblər, lakin bunu genişmiqyaslı müharibə başlamazdan əvvəl etdiklərini bildiriblər. Eyni zamanda KİV-də PUA-ların tədarükünün davam etdiyi barədə məlumatlar yayılıb.
Yazda Ukrayna prezidenti Vladimir Zelenski İranın mindən çox pilotsuz təyyarə və digər silahları Rusiyaya təhvil verdiyini bildirib.
Əhməd Obalıya hücum Cənubi Azərbaycanın suverenliyinə qarşı yönəlib
Atlantic Council: "İrəvan Rusiyanın Ukraynada məğlub olacağından qorxur"
Şahanə Rəhimli
AzVision.az