Bakı və İrəvan Moldovada sülh sazişi imzalaya bilər
"Ümid edirik ki, iyunun 1-də Kişinyovda nəhayət sülh müqaviləsi imzalanacaq. Bu, qaçırılmamalı olan tarixi məqamdır", - Abdullayeva bildirib.
Qeyd edək ki, sammit çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla danışıqlar aparacaq.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov cümə günü jurnalistlərə bildirib ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması mümkündür.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: İlhamƏliyev