Tokionun şərqində güclü zəlzələ oldu

Tokionun şərqində güclü zəlzələ oldu
  26 May 2023    Oxunub:3201
Yaponiyanın paytaxtı Tokionun şərqində, Çiba sahillərində zəlzələ baş verib.
Bu haqda Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Bildirilib ki, Çiba əyalətinin Kamisu sahillərində yerli saatla 19:03-də 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ bütün Çibada, eləcə də paytaxt Tokioda və ətrafdakı Kanaqava, İbaraki və Saitama əyalətlərində hiss olunub.


Teqlər:





Xəbər lenti