Ermənistan Türkiyə ilə sərhəddə keçid məntəqəsi tikir

   Ermənistan Türkiyə ilə sərhəddə keçid məntəqəsi tikir
  27 May 2023    Oxunub:930
Ermənistan Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsinin tikintisinə hazırlaşır.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb. Bildirilib ki, Ermənistanın Dövlət Gəlirləri Komitəsi Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsinin tikintisi layihəsi üzrə layihələndirmə işlərinə göstəriş verib.

Tikintinin dəyəri təxminən 2 milyon dollardır. Keçid məntəqəsinin birmərtəbəli xidmət zalı, növbətçilərin istirahət otağı, dayanacaqlar və digər otaqlardan ibarət olacağı planlaşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti