FTB ermənipərəst senatorla bağlı araşdıma aparır
Oktyabr ayında ilk çağırışlar açıqlanandan bəri, son vaxtlara qədər Menendeslə bağlı federal araşdırmanın irəliləyişinə dair çox az xarici əlamət var idi. İki həftə əvvəl eyni araşdırma çərçivəsində Manhetten prokurorluğu Nyu Cersi qanunvericilik orqanında “ilişib qalan” və Hudzon çayı boyunca tikinti layihələrinin hündürlüyünü məhdudlaşdıran qanun layihəsi ilə bağlı sənədləri yenidən araşdırmağa başlayıb. Çağırış vərəqəsində Menendes, onun həyat yoldaşı, eləcə də regionun ən məşhur daşınmaz əmlak sahiblərindən biri olan Fred Daybes haqqında hər cür məlumat istənilib.
Daybes artıq federal bank cinayətində təqsirli olduğunu etiraf edib, lakin iş həbs qətimkan tədbiri tələb etmədiyi üçün yekun hökm təxirə salınıb və bu da onun Menendeslə əlaqələri haqqında şayiələrin yaranmasına səbəb olub.
Menendes 2020-ci ilin oktyabrında evlənib. Senatorun 2021-ci ilin may ayında təqdim etdiyi açıqlama hesabatına görə, cütlük Nyu Cersinin məşhurlardan toy hədiyyələri alıblar. 2022-ci ilin mart ayında Menendes bu hesabata həyat yoldaşına məxsus aktivi – 100 min - 250 min dollar arasında dəyişən qızıl külçələri daxil edərək hesabatda düzəliş edib.
Senatorun açıqlama hesabatlarında avtomobil və ya mənzil barədə heç bir qeyd yoxdur.
Menendesin sözçüsü Cennifer Morrill federal təhqiqatın avtomobil və Vaşinqtondakı mənzillə bağlı məlumatları, həmçinin senatorun həyat yoldaşının qızıl külçələri ilə bağlı məsələləri əhatə etməklə genişləndiyinə dair iddialara birbaşa cavab verməyib.
Xatırladaq ki, erməni lobbisinə xidmətinə və Türkiyə və Azərbaycana qarşı “layiqli” işinə görə Amerika Erməni Milli Komitəsi Menendesin fəaliyyətini yüksək qiymətləndirib.(Report)
AzVision.az
Teqlər: