Putin azərbaycanlı alimi təltif edib

   Putin azərbaycanlı alimi təltif edib
  27 May 2023    Oxunub:974
Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı alim, geologiya‑mineralogiya elmləri doktoru, professor Vaqif Kərimovu təltif edib.
Rusiya dövlət başçısı bununla bağlı fərman imzalayıb. Sənədin mətnində deyilir:

“Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti Federal Dövlət Büdcə Ali Təhsil Müəssisəsinin kafedra müdiri Vaqif Yunus oğlu Kərimov elmi-pedaqoji fəaliyyətdə və ixtisaslı mütəxəssislərin hazırlanmasında xidmətlərinə görə Rusiya Federasiyası Prezidentinin Fəxri Fərmanı ilə təltif edilir”.

AzVision.az


Teqlər:





Xəbər lenti