İran və Taliban arasında silahlı qarşıdurma -VİDEO

   İran və Taliban arasında silahlı qarşıdurma  -VİDEO
  27 May 2023    Oxunub:1249
Bu gün səhər saatlarından etibarən Əfqanıstanın Nimroz vilayətinin sərhəd bölgələrində İran sərhədçiləri ilə Taliban qüvvələri arasında silahlı qarşıdurma yaşanıb.
AzVision.az xəbər verir ki, bu barədə SEPAH-a aid sosial şəbəkə hesabında video paylaşılsa da, İran hökuməti adından hələ ki, heç bir rəsmi şəxs bu xəbəri təsdiqləməyib.

Sərhəddəki toqquşma barədə rəsmi təsdiqləmə olmasa da, son həftə ərzində Gilmənd çayının su resursları ətrafında iki ölkə arasında yaşanan gərginliyin məntiqi nəticə etibarı ilə bu cür yekunlaşacağı ehtimal olunurdu.

SEPAH-ın keçmiş komandiri və Tehran şəhərinin İran parlamentindəki nümayəndəsi İsmayıl Kosərinin Gilmənd çayı problemi ilə bağlı Taliban hökumətini təhdid etməsi bu gümanları daha da gücləndirib.
“Halal haqqımızı kimsəyə yedirtməyəcəyik. Haqqımızı onu yeyənlərin boğazından çəkib çıxaracağıq”, - İsmayıl Kosəri Talibana xəbərdalıq edib.

Kösəri, həmçinin, İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyanın təbirincə, ölkəsinin, ümumiyyətlə, Taliban hökumətini rəsmən tanımadığını deyib. Bu təhdidlərə qədər isə İran prezidenti İbrahim Rəisi Taliban hökumətinin Gilmənd çayının axınını dəyişdiyini bildirib.

Yeri gəlmişkən, İran-Əfqanıstan sərhədinin Nimroz əyaləti hissəsində iki ölkə arasında bu ilin martında da iki ölkə arasında silahlı toqquşma yaşanıb. Bundan başqa, ötən ilin iyulunda və 2021-ci ilin dekabrında Əfqanıstanla İran sərhədində silahlı toqquşmalar baş verib.

Hazırda Gilmənd çayının resursları uğrunda Tehranla Kabil arasında yaşanan gərginlik də nəzərə alınmaqla, ikitrərəfli münasibətlərdə mövcud olan belə məqamların gələcəkdə İranla Əfqanıstanın sərhəd müharibəsinə başlayacaqlarını istisna etmir.


Sahil İsgəndərov
Kamran İsayev


AzVision.az


Teqlər: İran   Əfqanıstan  





Xəbər lenti