Leysan yağacaq, dolu düşəcək
Külək: Cənub-qərb küləyi arabir Daşkəsən, Göyçayda 25 m/s, Mingəçevirdə 21 m/s, Gəncə, Tərtər, Naftalanda 20 m/s, Naxçıvanda 18 m/s, Cocuqmərcanlı, Sədərəkdə 16 m/s, Şirvan, Yevlaxda 15 m/s-dək güclənib.
Havanın temperaturu: Mayın 26-da iqlim normasından 3.4° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23-29° isti, Naxçıvanda 28°-dək isti, dağlıq rayonlarda 20-25° isti, yüksək dağlıq ərazilərdə 13°-dək isti, aran rayonlarında 34°-dək isti olub.
Ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti mayın 31-i gündüzədək davam edəcək. Arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır.
AzVision.az
Teqlər: