Rusların Avropada dondurulmuş aktivlərinin məbləği açıqlandı

   Rusların Avropada dondurulmuş aktivlərinin məbləği açıqlandı
  28 May 2023    Oxunub:985
May ayının sonuna olan məlumata görə, Avropa İttifaqı (Aİ) sanksiyaya məruz qalan rusiyalıların 24,1 milyard avro şəxsi vəsaitlərini dondurub.
Bu barədə Avropa Komissiyasına (AK) istinadən məlumat yayılıb. Bildirilib ki, bu məbləğ 2022-ci ilin dekabrına qədər 18,9 milyard avro olub. Qeyd edək ki, hazırda 1473 rusiyalı iş adamı və 205 şirkətin vəsaiti Aİ tərəfindən sanksiyalara məruz qalıb.

AzVision.az


Teqlər:





Xəbər lenti