Rəsmi Kiyev: “Ukrayna və Azərbaycanın ərazi bütövlüyünə dəstək prioritetimizdir”

   Rəsmi Kiyev:    “Ukrayna və Azərbaycanın ərazi bütövlüyünə dəstək prioritetimizdir”
  28 May 2023    Oxunub:1175
Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin xarici siyasət idarəsinin tviter səhifəsində paylaşım edilib.

“Azərbaycanı və bu ölkənin Xarici İşlər Nazirliyini Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik! Ukrayna və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi üçün qarşılıqlı dəstək həmişə bizim prioritetimiz olacaqdır. Dost Azərbaycan xalqına sülh və firavanlıq arzulayırıq!”, - yazıda qeyd olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti