Türkiyədə seçkilərlə bağlı yalan məlumat yayanlar saxlanıldı

Türkiyədə seçkilərlə bağlı yalan məlumat yayanlar saxlanıldı
  28 May 2023    Oxunub:1099
Türkiyədə prezident seçkiləri ilə bağlı sosial mediada təxribat və manipulyasiya xarakterli paylaşımlar edən 5 nəfər şübhəli saxlanılıb
AzVision.az xəbər verir ki, bu barədə İstanbul Baş Pokrurorluğu məlumat yayıb.

Bildirilib ki, həmin şəxslər ictimaiyyətdə çaşqınlıq yaratmağa çalışıblar.

Xatırladaq ki, bu gün tarixdə ilk dəfə Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparır. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti