***
Türkiyədə keçirilən ikinci tur prezident seçkilərinin nəticələri açıqlanır.
AzVision.az xəbər verir ki, səsvermə bülletenlərinin 99,54 faizinin işlənməsinin nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,11 faiz səs qazanıb. “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,89 faiz səs toplayıb.
***
Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində seçki qutularının 82,64 faizi sayılıb.
AzVision.az xəbər verir ki, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 53,41 faiz səslə öndədir. “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 46,59 faiz səs toplayıb.
***
Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində səsvermə bülletenlərinin 55 faizi sayılıb.
AzVision.az xəbər verir ki, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 55,80 faiz səslə öndədir. “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 44,20 faiz səs toplayıb.
***
Türkiyədə keçirilən ikinci tur prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.
Bu barədə AzVision.az "Yeni Şafak" nəşrinə istinadən xəbər verir. Belə ki, səsvermə bülletenlərinin 21,05 faizinin işlənməsinin nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 60,07 faiz səs qazanıb.
“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 39,3 faiz səs toplayıb.
TÜRKİYE GENELİ - Cumhurbaşkanlığı 2. Tur Seçim sonuçları
— Yeni Şafak (yenisafak) May 28, 2023
Açılan sandık oranı: %21,5
Recep Tayyip Erdoğan: %60,7
Kemal Kılıçdaroğlu: %39,3
AzVision.az