Paşinyan Mişustinlə görüşəcək
"İyunun 7-9-da Mişustin Nikol Paşinyanı qəbul edəcək. Ola bilsin ki, burada nəsə baş verə bilər, bilmirəm", - deyə o əlavə edib ki, regionda kommunikasiyaların bloklanması ilə bağlı sənəd artıq hazırdır, bəzi texniki məsələlər qalıb.
Diplomat qeyd edib ki, özü də sənədi bir neçə dəfə görüb, orada kiçik düzəlişlər ediləcək.
"Lakin hələ ki, tərəflər son addımı ata bilmir. Ümid edirəm ki, bir həftədən sonra bütün bunlar bir növ praktik müstəviyə çevriləcək və ola bilsin ki, liderlərimiz yenidən bir araya gəlməli olacaq", - S. Paltov yekunlaşdırıb.
Ermənistan baş nazirinin mayın 25-də Moskvada Rusiya Federasiyasının prezidenti ilə görüşünə toxunan Paltov şəxsən iştirak etdiyi söhbətin konstruktiv keçdiyini qeyd edib. Paşinyan və Putin, onun sözlərinə görə, 2 saatdan çox danışıblar.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: