İranlı vəkillər Qutterişə məktub göndəriblər
“ İran kimi hökumətlər dövlət suverenliyi prinsipindən sui-istifadə edərək, beynəlxalq ictimaiyyət qarşısında cavab verməkdən çəkinmədən kütləvi edamlar həyata keçirirlər. Məhz mövcud qanun və qaydaların səmərəsizliyi üzündən beynəlxalq birlik onun qarşısını almaq üçün bu qeyri-insani hərəkətlərə görə qınaq və ikrah elan etməkdən başqa heç bir təsirli tədbir görə bilmir. İnsan hüquqları məsələsi “ümumbəşəri” məsələdir və BMT-nin Nizamnaməsinə üzv dövlətlərin insan hüquqlarının, xüsusilə də ən fundamental insan hüququ kimi yaşamaq hüququnun qorunması və qlobal arenada pozulmasının qarşısının alınması istiqamətində müəyyən vəzifə və öhdəlikləri var” - məktubda deyilir.
Antonio Qutterişə göndərdikləri məktubda vəkillər mövcud qaydalara düzəlişlər olunması və ya yeni beynəlxalq qanunların işlənib hazırlanması ilə bağlı təkliflər verərək, mövcud qanunlarda mümkün dəyişikliklərin obyektiv və real icra təminatları tələbini qoyacağını vurğulayıblar.
AzVision.az