Hüseyn Xomeyni: “süni intellektlə mübarizə əbəsdir”

   Hüseyn Xomeyni:    “süni intellektlə mübarizə əbəsdir”
  30 May 2023    Oxunub:1551
“Süni intellekt dövründə kiberməkanla mübarizə faydasızdır və daşa vurmaqdır”. Bunu İran İslam respublikasının banisi Ayəttullah Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeyni hökumət rəsmiləri qarşısında deib.
AzVision.az xəbər verir ki, Həsən Xomeyni əvvəllər radio və peyk antennalardan istifadəni “şeytan əməli” kimi qiymətləndirənlərin, hələ də dünyada baş verən dəyişikliklərin mahiyyətinə varıb bu reallığı qəbul etmək istəmədiklərini vurğulayıb.

- Bir çoxları necə ki, ilk çıxdığı vaxtlarda səsucaldıcıdan, radio və ya peyk antenasından istifadə edirdilər və sonradan ona qadağan qoyub “şeytanın buynuzları” adlandırdılar, eləcə də, virtual məkan məsələsində də eyni cür davranırlar. Çoxları dünyanı dəyişdirməyə və ya dünyanı şərh etməyə çalışır, lakin biz dünyadan istifadə etməyə çalışmalıyıq. Virtual məkan bugünkü dünyanın reallığıdır və onun yaxşı və ya pis olmasının fərqi yoxdur. Bu reallıqla mübarizə daşa vurmaq kimidir. Rəqəmsal məkanda keçmişlə müqayisədə qəribə transformasiya baş verib və indi hər şeyi dəyişə bilən süni intellekt yaranır. Buna görə də, bu hadisələr haqqında yaxşı və pis şərhlərin heç bir mənası yoxdur. Gəlin bu məkanla bağlı faydasız müzakirələrə qapılmayaq” – Ayətullah Xomeyninin nəvəsi vurğulayıb.

Hüseyn Xomeyninin bəyanatı ölkə parlamentinin “Kiberməkanda istifadəçilərin mühafizəsi” adlı mübahisəli qanuna əlavə olaraq, son ümummilli etirazlar zamanı İran hakimiyyətinin bu sahədəki məhdudiyyətləri gücləndirməsi ilə birbaşa bağlıdır. Belə ki, fevral ayında sosial şəbəkələrin və messencerlərin təxminən beş aya yaxın geniş filtrasiyasından sonra İran prezidenti İbrahim Rəisi bu məhdudiyyətlərin aradan qaldırılmayacağını açıqlayıb. Rəisi televiziyaya verdiyi müsahibədə xarici platformaların ölkədə təhlükə yatağına çevrildiyini iddia edib ki, bu iddia da son illərdə dəfələrlə təkrarlanıb.

Sahil İsgəndərov
Kamran İsayev


AzVision.az


Teqlər: İran   Xomeyni  





Xəbər lenti